Illustration Vilayət və ya rayon kimi

Şəhər Merlərinin Razılaşması
öz resurslarını və yeniliklərini İmzalayanların xidmetlərinə yönələn rayonlara, vilayət və digər dövlət orqanlarının fəal iştirakına öz uğurlarlarına görə çox borcludur. Komissiya tərəfindən Paktın koordinasiya kimi tanınaraq, onlar mesaj çatdırılması və Paktın təsirinin artırılmasında əsas müttəfiqlər kimi fəaliyyət göstərir.

Kim iştirak edə bilər?

Vilayətlər, rayonlar, şəhər metropol sahələri, yerli hakimiyyət qrupları... Rəsmən Razılaşmanı İmzalayanlara strateji rəhbərlik, maliyyə və texniki dəstəyi təmin etmək öhdəliyini üzərinə götürən hər hansı dövlət orqanını rəsmi Avropa Komissiyası tərəfindən Razılaşmanın koordinatoru kimi tanınacaqdır.

Yuxarıda qeyd olunan ictimai təşkilatlar “Ərazi Koodinatorlari”kimi iştirak etdikləri zaman, milli səviyyədə olan hakimiyyət orqanları nazirlik və enerji agentlikləri kimi və "Milli Koordinatorlar" kimi cəlb edilə bilərlər.

Yerli və regional enerji agentlikləri birbaşa iştirak edə bilməzlər. Lakin, onlara tez-tez dövlət orqanı tərəfindən mandat verilirlər ki, onların adından bələdiyyələrə yardım etsinlər. Onların iştirakı təşəbbüsün uğuru üçün çox vacib olduğundan, onlara qətiyyətlə öz vilayət və ya rayonlarına qoşulmaq üçün maraq yaratmaq tövsiyyə olunur.

Öhdəliklər hansılardır?

  • Oz ərazisilərində bələdiyyələr arasında Şəhər Merlərinin Razılaşmasını təşviq etmək və İmzalamaq prosesində olan bələdiyyələrə yardım və dəstək təmin etmək;
  • Razılaşmaya qoşulmaq istəyən lakin Davamlı Enerji Fəaliyyət Planının hazırlanması üçün zəruri ehtiyatları olmayan bələdiyyələrə texniki və strateji yardım göstərmək;
  • Bələdiyyələrə onların Davamlı Enerji Fəaliyyət Planının hazırlanması və həyata keçirilməsi üçün maliyyə dəstəyi və imkanların təmin edilməsi;
  • Maarifləndirmənin artırılması üçün yerli enerji günu təşkilinə kömək göstərilməsi;
  • Əldə olunmuş nəticələr barədə Komissiyaya mütəmadi olaraq hesabat vermək və Razılaşmanın strateji icrasında iştirak etmək.

Hərəkətsizlik və ya kifayət qədər olmayan öhdəlik yarandıqda, Avropa Komissiyası Razılaşmanın koordinatoru kimi regionun və ya əyalətin iştirakını dayandırmaq hüququnu özündə saxlayır.

Necə müraciət etmək olar?

Razılaşma koordinatoru statusu almaqda maraqlı olan ictimai idarələr aşağıdakı prosesdən keçməlidirlər:

  • Maraq ifadəsi formasını onlayn doldurun;
  • İştirakınız təsdiq olunduqdan sonra, Avropa Komissiyası tərəfindən birgə İmzalanmalı müqavilə forması doldurun;
  • Hər iki tərəf müqaviləni İmzalayandan sonra onların İmzalayanlara təmin etmək niyyətində olduqları xidmət və dəstəklər haqqında ətraflı məlumatı onların yeni yaradılmış onlayn profilinə yükləyin.

Niyə iştirak etmək lazımdır?

  • Enerji, iqtisadi, sosial və iqlim dəyişikliyi məsələlərinin milli strategiyalarına töhfə
  • Razılaşma üzrə koordinator olmaq üstünlükləri coxtərəflidir:
  • Avropa Komissiyası tərəfindən təsdiq və tanınma;
  • Xüsusən Razılaşmanın saytında öz fəaliyyətlərinin təşviqi vasitəsilə beynəlxalq miqyasda böyük görüntü dərəcəsi;
  • Yerli Hakimiyyətlər vasitəsilə beynəlxalq maliyyə institutları və donorları maliyyələşdirməyə cəlb etmək imkanı
  • Həmkarları ilə təcrübə mubadiləsi;
  • İnkişaf etmiş alət və metodologiyalar haqqında Elmi və texniki dəyərləndirmə
  • Xüsusi müzakirə qrupları, seminarlar və digər təcrübə bölüşməsi platformalarında iştirak etmək.
  • Yekun olaraq, yerli idarəetmənin ərazi inkişafı və möhkəmləndirilməsinin konsolidasiyasi
Twitter
Sizin mobil telefon
ilə mübadilə üçün
Facebook
-Razılaşma səhifəsinin
azarkeşi olmaq üçün
Newsletter
Məlumat bülteni
- aylıq xəbərlərə abunə olmaq üçün
Rss yayınları
Real zamanda
xəbər almaq üçün
Avropa Komissiyasının Inkişaf  siyasi dəstəyi ilə Avropa Komissiyasının Inkişaf siyasi dəstəyi ilə. Veb səhifə Merlərin Razılaşma ofisləri tərəfindən əlaqələndirilir.
Xəbərlər | Gündəlik | Saytın xəritəsi | Rss kömək | kreditlər | Hüquqi