Illustration Sözlük

Şəhər Merlərinin Razılaşması geniş çeşiddə iştirakçılar, çoxsaylı addımlar və prosesləri əhatə edən çoxşaxəli təşəbbüsdür. Bu sözlük vasitəsilə yeni şəxslər sözü gedən Razılaşma haqqında A hərfindən Z- hərifinə kimi ətraflı məlumat əldə edə biləcəklər!

Baza Emissiya İnventarı


Əsas Emissiya İnventarlaşması bir baza ili ərzində İmzalayanın ərazisində enerji istehlakı ilə əlaqədar buraxılan CO2 miqdarının kəmiyyəti demıkdir. Bu CO2 emissiyaları və onların azaldılması potensialı əsas mənbələri müəyyən etməyə imkan verir.

Ən yaxşı təcrübələr


Ən yaxşı təcrübələr – Sazişi İmzalayan tərəflər, Koordinatorlar və Tərəfdaşların xüsusilə razılıq ifadə etdikləri müvafiq nümunələridir və bundan başqa digər yerli hakimiyyət orqanlarının, əyalətlərdə, rayonlarda və ya şəbəkələrdə faydalı tədbirləri kimi təsdiq edilir.

Razılaşma Koordinatorları


Avropa Komissiyası ”Razılaşmanın Koordinatorlarını” Şəhər Merlərinin Razılaşmasını İmzalayan lakin oz tələblərini yerinə yetirmək üçün lazımi bacarıqları və / və ya resurslarına malik olmayan bələdiyyələrə strateji rəhbərlik, maliyyə və texniki dəstəyi təmin edən ictimai idarələr kimi təyin edir. Komissiya vilayət, rayon və bələdiyyələrin ictimai qruplarını daxil edən sub-milli mərkəzləşmiş hakimiyyəti olan Ərazi Koordinatorları və milli enerji agentliklərini və enerji nazirliklərini əhatə edən milli ictimai orqanları olan Milli Koordinatorlar arasında fərqləndirir.

Şəhər Merlərinin Razılaşmasının Şərq Ofisi


Avropa Komissiyası DG DEVCO (İnkişaf Direktoratlığı) tərəfindən təməli qoyulan və maliyyələşdirilən Merlər Sazişinin Şərq Ofisi(CoMO East) bu təşəbbüsün Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya hissələrində əlaqələndirilməsi və idarə edilməsi üzrə məsuliyyət daşıyır. O İmzalayanları inzibati dəstək və texniki rəhbərlik ilə təmin edir, maraqlı tərəflər arasında şəbəkələşməni asanlaşdırır və onların fəaliyyətinin inkişafını təşviq edir. COMO Brüssel Ofisinden başqa, Lvov (Ukrayna) və Tbilisidə (Gürcüstan) yerləşən COMO Şərq Ofisi Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Ukrayna və Özbəkistandakı İmzalayan tərəfdaşlara yardım edir. O, Enerji Şəhərləri tərəfindən rəhbərlik edilən konsorsium tərəfindən idarə edilir və İqlim Alyansı, Ukraynanın (EECU) Enerji Səmərəli Şəhərlər Assosiasiyası (EECU) və CAREC Mərkəzi Asiya üçün Regional Ekoloji Mərkəzdən ibarətdir.

Razılaşmanı Dəstəkləyənlər


Avropa Komissiyası ”Razılaşmanı Dəstəkləyənlərin” lobbiçilik, rabitə və şəbəkə fəaliyyətlərini Şəhər Merlərinin Razılaşmasının təşəbbüsünün təbliği və İmzalayanlarin öhdəliklərinə yardım edilməsi üçün istifadə edən yerli hakimiyyət birliklərinin Avropa, milli və regional şəbəkələri kimi müəyyən edir.

Enerji Agentlikləri


Yerli və regional enerji agentlikləri musbet enerji idarəetmə təcrübəsinin tətbiqini dəstəkləyir, davamlılıq anlayışını müdafiə edir, informasiya və təlimatı təmin edir, xüsusi yerli enerji ehtiyacları əsasında bir sıra digər yerli xidmətlərlə bağlı bir sıra təkliflər edirlər. Enerji agentlikləri dövlət orqanları tərəfindən maliyyələşdirilirlər.

Dəstək Xidməti


Dəstək Xidməti yerli hakimiyyət orqanları və Şəhər Merlərinin Razılaşmasının arasında olan əsas interfeysdir.

İcra Hesabatı


İcra hesabatı Sazişi İmzalayanlar tərəfindən onların Dayanıqlı Enerji üzrə Fəaliyyət Planını təqdim edildikdən sonra hər iki ildən bir təqdim olunan və onun icrasının aralıq nəticələrini müəyyən edən bir sənəddir. Bu hesabatın məqsədi ilkin nəticələrin nəzərdə tutulan məqsədlərə uyğun olub-olmamasını dəyərləndirməkdir.

Birgə Araşdırma Mərkəzi


Birgə Araşdırma Mərkəzi (JRC) Avropa Komissiyasının elmi və texniki alətidir. Bu təşəbbüs üçün elmi və texniki dəstəyi təmin etmək üçün məsuliyyət daşıyır. O İmzalayanların açıq texniki qaydalar və şablonlar ilə təmin edilməsi üçün CoMO ilə sıx əməkdaşlıq edir ki, bu, onların Şəhər Merlərinin Razılaşmasının öhdəliklərinin təmin edilməsinə, habelə icrası və nəticələrinin müşahidəsinə yardım edir.
JRC-nin veb-saytı: http://ec.europa.eu/dgs/jrc/

Yerli Enerji günü


Yerli Enerji Günləri Razılaşmanı İmzalayanlartərəfindən təşkil olunmuş və onların rəsmi öhdəliklərin bir hissəsi kimi enerjidən daha ağıllı istifadə imkanlarının ictimaiyyətə çatdırılması tədbiridir. Onlar yerli hakimiyyət orqanlarına Enerji Fəaliyyət Planlarının inkişafı ve icrasi ilə bağlı ümumi dialoqa maraqlı tərəflərin və vətəndaşların cəlb edilməsi üçün imkan yaradırlar. Adətən müəyyən bir müddət üçün təşkil edilən tədbirlərin növləri dəyişikli ola bilər, lakin ənənəvi olaraq onlara seminarlar, sərgilər, ekskursiyalar və açıq qapı günləri kimi fəaliyyətlər daxildir.

Davamlı Enerji Fəaliyyət Planı


Davamlı Enerji Fəaliyyət Planı (SEAP) Razılaşmanı İmzalayan tərəfin 2020-ci ilədək CO2 azaldılması məqsədinə necə nail olması niyyətini əks edən əsas sənəddir. O, zaman çərçivəsi və təyin edilən vəzifələr ilə birlikdə,bu məqsədlərə nail olmaq üçün müəyyən edilən fəaliyyət ve ölçüləri təyin edir. Razılaşmanı İmzalayan Razılaşmanın SEAP qaydalarına uyğun olduqda oz SEAP formasə seçimlərində azaddırlar

SEAP Şablon

SEAP şablonu Davamlı Enerji Fəaliyyət Planı təqdim edərkən eyni zamanda,Razılaşmanı İmzalayan tərəflərdən İngilis və ya rus dilində on-line doldurulması xshiş edilən elektron sənəddir. O, İmzalayan tərəflərə onların Hərəkət və ölçülərinin strukturlasmasına yardim etmək , monitorinq və izlənməsini asanlaşdırmaq üçün hazırlanmışdır.

Vebinar

Vebinar Razılaşmanın maraqlı tərəflərinə o cümlədən İmzalayan tərəflərə, Razılaşmanı dəstəkləyənlərə və koordinatorlara CoMO üzvləri və digər mütəxəssislər tərəfindən Razılaşma ilə bağlı xüsusi mövzuda muhazirəyə baxmağa imkan verən İnternetdə canlı, interaktiv təqdimatdır.

Twitter
Sizin mobil telefon
ilə mübadilə üçün
Facebook
-Razılaşma səhifəsinin
azarkeşi olmaq üçün
Newsletter
Məlumat bülteni
- aylıq xəbərlərə abunə olmaq üçün
Rss yayınları
Real zamanda
xəbər almaq üçün
Avropa Komissiyasının Inkişaf  siyasi dəstəyi ilə Avropa Komissiyasının Inkişaf siyasi dəstəyi ilə. Veb səhifə Merlərin Razılaşma ofisləri tərəfindən əlaqələndirilir.
Xəbərlər | Gündəlik | Saytın xəritəsi | Rss kömək | kreditlər | Hüquqi