Illustration Merlərin Razılaşması

Şəhər Merlərinin razılaşması enerji effektivliyinin artmasına və bərpa olunan enerji mənbələrindən onların ərazilərində istifadə edilməsinə könüllü xidmet edecek yerli və regional hakimiyyət orqanlarının iştirakı ilə Avropa İttifaqı tərəfindən başlanmış bir əsas təşəbbüsdür.
Razılaşmanı İmzalayanların öhdəliklərinə görə , 2020-ci ilədək CO2 emissiyalarını ən azı 20%-i azaltmağa çalışacaq və bununla da yaşıl iqtisadi artım və həyatın keyfiyyətininin artmasına kömək edəcəklər.

Razılaşma bir baxışdan

2008-ci ildə Aİ-nin İqlim və Enerji Paketinin Qəbul edilməsindən sonra Avropa Komissiyası davamlı enerji siyasətinin hazırlanması və həyata keçirilməsində yerli hakimiyyət orqanları tərəfindən göstərilən səylərin təsdiqlənməsi və dəstəklənməsi məqsədi ilə Merlerin Razılaşmasını tətbiq etmişdir. Həqiqətən, enerji istifadəsinin 80%-i və CO2 emissiyaları şəhər fəaliyyəti ilə bağlı olduğunu nəzərə alaraq yerli özünü idarəetmə orqanlari iqlim dəyişikliyi təsirinin azaldılmasında mühüm bir rol oynayırlar.

Merlərin Razılaşması vasitəsilə Aİ institutları birbaşa yerli və regional hakimiyyət orqanlarının cəlb edilməsi üçün misilsiz addım atmışlar və bununla da onların iddialı enerji və iqlim məqsədlərinin nailiyyətlərində mühüm rollarını dərk etmişlər.

Hərəkətlər fəaliyyətin bariz göstəricisidir

Öz siyasi öhdəliklərini konkret tədbir və layihələrə keçirmək üçün, Sazişi imzalayanlar yerli dayanıqlı enerji siyasəti və müvafiq enerji idarəetmə imkanlarının inkişafından sonra Baza Emissiya İnventarını hazırlamağı, və imzadan sonrakı il ərzində onların həyata keçirilməsi üçün planlaşdırdığı əsas tədbirləri təsvir edən Dayanıqlı Enerji üzrə Fəaliyyət Planını təqdim etmə öhdəliklərini götürürlər.

Enerjiyə qənaətlə yanaşı, İmzalayanların fəaliyyətlərinin nəticələri müxtəlifdir : təmiz və münasib enerji xidmətlərinə çıxış, ixtisaslı və davamlı iş yerlərinin yaradılması; maliyyə və sosial sabitliyin, sağlam mühit və həyat keyfiyyətinin artırılması; biznesin inkişafı, innovasiya, təkmilləşdirilmiş dövlət xidmətləri və infrastruktur vasitəsilə möhkəmləndirilmiş iqtisadi rəqabət. Bu tədbirlər digərlərinin davam etdirilməsi üçün ”Nümunə” kimi xidmət edir, xüsusilə Sazişi İmzalayanlar tərəfindən ən yaxşı verilənlər bazasıdır. Dayanıqlı Enerji üzrə Fəaliyyət Planlarının Kataloqu digər bir nadir ilham mənbəyidir, çünki o, bir baxışda digər İmzalayanlar tərəfindən müəyyən edilən iddialı məqsədləri və onlara nail olmaq üçün müəyyən etdikləri əsas tədbirləri göstərir.

Çoxsahəli dəstək

İmzalayanların ölkələrində

Baxmayaraq ki, bələdiyyələrin artan sayı Razılaşmada qeydiyyatdan keçmək üçün siyasi iradəni göstərərirlər, onların öz öhdəliklərini həyata keçirmələri üçün nə lazımi siyasi və inzibati potensialı, nə də maliyyə və texniki resursları hər zaman olmur. Bu səbəbdən, İmzalayanlara iddialı məqsədlərini yerinə yetirilməsində yardım etmək iqtidarında olan ictimai idarə və şəbəkələrə Razılaşma daxilinde xüsusi status verilmişdir.

Razılaşmanın tərəfdarları kimi tanınan hakimiyyət orqanlarının şəbəkə və asossiasiyaları təşəbbüsün təsirini reklam fəaliyyəti, onların üzvləri və təcrübə paylaşımı platformaları ilə əlaqələr vasitəsilə artırmaq üçün öhdəlik götürürlər.

Razılaşmanın Şəhər Merlərinin Ofislərinden

Sazişi İmzalayanlara, Sazişin Koordinatorlarına ve Sazişin tərəfdarlarına Merlər Sazişinin Brüsseldəki Ofisi (CoMO) və Merlər Sazişinin Lvov, Tbilisi, Yerevan və Almatı şəhərlərindəki ofisləri (CoMO East) tərəfindən gündəlik texniki və inzibati köməklik göstərilir. Bu ofislər yerli, regional və milli orqanları təmsil edən təşkilatların konsorsiumu tərəfindən idarə olunur. Merlər Sazişinin Brüsseldəki Ofisi təşəbbüsün ümumi koordinasiyasından məsuldur.

Birgə Tədqiqat Mərkəzindən

COMO ofisləri ilə əməkdaşlıq edərək Avropa Komissiyasının Birgə Tədqiqat Mərkəzi İmzalayan tərəflərə Baza Emissiya İnventarı və Dayanıqlı Enerji üzrə Fəaliyyət Planı ilə bağlı elmi və texniki suallara görə köməklik göstərir.

İmzalayan tərəflərə COMO Filialları və Birgə Tədqiqat Mərkəzinin əlaqələndiriciliyi ilə inkişaf etmiş alət və metodologiyalar vasitəsilə proses boyunca köməklik göstərilir.

AI İnstitutlarından

Avropa Komissiyası ilə yanaşı, Razılaşma üzrə təşəbbüs tam institut dəstəyindən xeyir görür, o cümlədən başlanmasından bəri bu təşəbbüsü dəstəkləyən Regionlar Komitəsi ; illik İmzalanma mərasimi keçirilən Avropa Parlamenti və yerli hakimiyyət orqanlarına investisiya potensialı çıxartmaqda yardım göstərən Avropa İnvestisiya Bankı.

Twitter
Sizin mobil telefon
ilə mübadilə üçün
Facebook
-Razılaşma səhifəsinin
azarkeşi olmaq üçün
Newsletter
Məlumat bülteni
- aylıq xəbərlərə abunə olmaq üçün
Rss yayınları
Real zamanda
xəbər almaq üçün
Avropa Komissiyasının Inkişaf  siyasi dəstəyi ilə Avropa Komissiyasının Inkişaf siyasi dəstəyi ilə. Veb səhifə Merlərin Razılaşma ofisləri tərəfindən əlaqələndirilir.
Xəbərlər | Gündəlik | Saytın xəritəsi | Rss kömək | kreditlər | Hüquqi