Illustration Yerli orqan kimi

Yerli hakimiyyət orqanları iqlim dəyişikliyinin azaldılmasında aparıcı rol oynayırlar. Şəhər Merlərinin Razılaşmasında iştirakı bu cəhd istiqamətində onlara Razılaşma
Koordinatorlarına,Razılaşmanı Dəstəkləyənlərə, Şəhər Merlərinin Razılaşma Ofislərinə, institutlar və digər cəlb edilmiş şəxslərə geniş dəstək və şəbəkələşmə imkanlarını təmin edir. Dəstəyin hələ mövcud olmadığı hallarda, digər ölkələrin nümunələri Razılaşmada iştirak etmək və fəaliyyət göstərmək istiqamətində öz hökümətlərini və tərəfdaşlarını inandırmaq üçün yerli hakimiyyət orqanları kömək edə bilər.

Kim iştirak edə bilər?

Şəhər Merlərinin Razılaşması
demokratik yolla seçilmiş nümayəndələri, nə ölçüsündən , nə də enerji və iqlim siyasətinin həyata keçirilməsi mərhələsindən asılı olmayaraq bütün yerli hakimiyyət orqanları üçün açıqdır.

Kim qoşula bilər?

Daim inkişafda olan təşəbbüsdə iştirak etmək üçün, yerli hakimiyyət orqanları aşağıdakı prosesdən keçməlidirlər:

  • Bələdiyyə şurasına Şəhər Merlərinin Razılaşmasının təşəbbüsünü təqdim etmək;
  • Rəsmi qərarı vasitəsilə, Razılaşmada qeydiyyatdan keçmək üçün rəsmi qərarın şura tərəfindən qəbul edilməsinə zəmanət vermək;
  • Merə ve ya eyni səviyyədə olan nümayəndəyə qoşulma formasını imzalamaq üçün mandat vermək;
  • Təşəbbüsə qoşulmaq qərarı barədə Komissiyaya məlumat vermək üçün Şəhər Merlərinin Razılaşma Ofisinə elektron məktub göndərin;
  • Şəhər şurasının göndərdiyi təsdiq elektron məktubdakı qeyd olunan növbəti addımlara diqqət yetirin.

Nə zaman qoşulmaq lazımdır?

Yerli hakimiyyət orqanları, zaman məhdudiyyəti olmadiğından hər hansı bir dövrdə Şəhər Merlərinin Razılaşmasına
daxil ola bilərlər. Şəhər Merlərinin Razılaşması mərasimi hər il ictimai İmza vasitəsilə beynəlxalq görünüşdən faydalanan merlərin geniş iştirakı ilə keçirilir.

Niyə iştirak etmək lazımdır?

Şəhər Merlərinin Razılaşmasını İmzalayanlar
hərəkata qoşulmaq üçün bir çox səbəblər tapırlar, onların arasında:

  • Onların yerli iştirakçılarına (ucuz enerji xidmətləri, iş yaranması, daha sağlam ətraf mühit və s.) ekoloji, sosial və iqtisadi cəhətdən stabil mühit təmin etmək üçün yardım əldə etmək;
  • Vətəndaşlarının rifahı üçün əsas iqtisadi, enerji və iqlim problemlərini həll etmək üçün bələdiyyə daxilində yeni siyasi, inzibati və maliyyə imkanlarının artırılması;
  • Onların ərazisində yaşıl iqtisadi artım və yaxşılaşmış həyat keyfiyyətinin istiqamətində dinamik səylər yaratmaq və ya gücləndirmək;
  • Digər bu prosesi keçən ilk iştirakçiların həvəsləndirməsindən və misallarından yararlanmaq;
  • Başqaları ilə öz ərazinizdə inkişaf etdiyiniz ekspertiza ilə paylaşmaq;
  • Yerli davamlı enerji inkişafında pioner kimi tanınan ərazini qəbul etmək;
  • İnstitututların təsdiqi və dəstəyindən (Aİ, eləcə də Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyada institutlar) yararlanmaq;
  • Qlobal CO2 emissiyalarının azaldılmasına yardım etmək.
Twitter
Sizin mobil telefon
ilə mübadilə üçün
Facebook
-Razılaşma səhifəsinin
azarkeşi olmaq üçün
Newsletter
Məlumat bülteni
- aylıq xəbərlərə abunə olmaq üçün
Rss yayınları
Real zamanda
xəbər almaq üçün
Avropa Komissiyasının Inkişaf  siyasi dəstəyi ilə Avropa Komissiyasının Inkişaf siyasi dəstəyi ilə. Veb səhifə Merlərin Razılaşma ofisləri tərəfindən əlaqələndirilir.
Xəbərlər | Gündəlik | Saytın xəritəsi | Rss kömək | kreditlər | Hüquqi